Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində 40 kiloqram narkotik vasitə aşkarlanıb

2 dəq
Paylaş:
Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində 40 kiloqram narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə həyata keçirilib. Nazirliyin xidmətindən verilən məlumata görə, Bakı, Sumqayıt şəhəri və Masallı rayonunda keçirilən tədbirlər nəticəsində məhkum olunmuş Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov tutulublar.

Axtarış zamanı şəxslərdən ümumilikdə aşağıdakı qadağan olunmuş maddələr aşkar edilərək götürülüb:

  • 40 kiloqram tiryək;
  • tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana;
  • 500 ədəd psixotrop tərkibli metadon həbi.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkələrdə fəaliyyət göstərən narkotacirlərin tapşırıqlarını yerinə yetirərək narkokuryerliklə məşğul olublar. Faktlarla bağlı cinayət işləri başlanılıb və məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax