Azərbaycanın maliyyə sektorunun aktivləri bu il yanvarın 1-nə 60,6 milyard manat təşkil edib. Bu göstərici ölkənin ümumi daxili məhsulunun (ÜDM) 46,9 %-nə, qeyri-neft-qaz ÜDM-nin isə 65,7 %-nə bərabərdir.
“Operativ Məlumat Mərkəzi-OMM” agentliyinin Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatına istinadən verdiyi məlumata görə, sektorun ümumi aktivləri ötən il yanvarın 1-i ilə müqayisədə 11,7 % azalmışdır.
Hesabat tarixinə sektorun aktivlərinin 92,3 %-i banklarda cəmləşib ki, bu da bir il əvvəllə müqayisədə 15,1 faiz bəndi çoxdur. Hesabat dövründə maliyyə sektorunun digər iştirakçılarının pay bölgüsü aşağıdakı kimi dəyişib:
- Bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı: 19,5 %-dən 2 %-ə düşüb;
- Sığorta şirkətlərinin payı: 3 %-dən 3,5 %-ə qalxıb;
- İnvestisiya şirkətlərinin payı: 0,2 % səviyyəsində qalıb.
BOKT-ların aktivlərdəki payının kəskin azalması "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin toksik aktivlərinin cəmləşdiyi "Aqrarkredit" QSC-nin aktivlərinin nəzərə alınmaması ilə əlaqədardır.