Əsas məzmuna keç

Adil Kərimli: Kitabxana sistemində peşəkar olmayanlar var

Adil Kərimli: Kitabxana sistemində peşəkar olmayanlar var

Mədəniyyət naziri Adil Kərimli kitabxana sahəsində kadr islahatlarına işarə edib. İdarəetmədəki qeyri-peşəkar şəxslər və sistemin gələcəyi barədə şok açıqlamalar.

ru en

Təəssüf ki, kitabxana sistemində bu sahəyə bələd olmayan və peşəkarlığı sual altında olan şəxslərin fəaliyyəti mövcuddur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu naziri Kərimli İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın kitabxana sistemi ilə bağlı fikirlərinə cavab olaraq Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Nazirin sözlərinə görə, bununla bərabər, qeyd olunan sahədə çox kitabxanaçılar da çalışır:

"Biz onların iişni yüksək qiymətləndiririk. Ucqar rayonlarda, heç də yaxşı olmayan şəraitdə işləyən kitabxanaçılarımızla, həqiqətən, qürur duyuruq. Onlar kitaba sevgiləri ilə işləyirlər".

A.Kərimli qeyd edib ki, kitabxana sahəsində işə yalnız ali təhsilli şəxslərin cəlb olunması əsas hədəflərdən biridir.

"Eyni zamanda, onların yaxşı iş şəraiti ilə təmin edilməsi də vacib məsələlərdən biridir. Çünki infrastrukturun zəifliyi və ya ümumiyyətlə, heç bir standarta uyğun olmaması ciddi problemdir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…