Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Adil Kərimli UNESCO rəsmisi ilə əməkdaşlığı müzakirə edib

2 dəq
Paylaş:
Adil Kərimli UNESCO rəsmisi ilə əməkdaşlığı müzakirə edib

İyunun 16-da Paris şəhərində Respublikasının naziri Adil Kərimli UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti, Banqladeşin UNESCO yanında daimi nümayəndəsi Hondker M. Talha ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə UNESCO-nun Baş Konfransı çərçivəsində məsələləri, mədəni-humanitar gündəlikdə yer alan prioritet mövzular və təşkilat daxilində çoxtərəfli dialoqun təşviqi məsələləri müzakirə olunub.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirərək təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Tərəflər mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi, qeyri-maddi mədəni irsin qorunması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax