Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyədə həbs cəzası alan Azərbaycan vətəndaşı İğdırda saxlanılıb

1 dəq
Paylaş:
Türkiyədə həbs cəzası alan Azərbaycan vətəndaşı İğdırda saxlanılıb

Türkiyədə müxtəlif ağır cinayətlərə görə 43 il 3 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş vətəndaşı İğdır vilayətində tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə mətbuatı xəbər yayıb.

Bildirilib ki, 53 yaşlı N.S. insan alveri, eləcə də şəxsi fahişəliyə təşviq etmə, bu fəaliyyətə məcbur etmə, vasitəçilik və yer təmin etmə kimi cinayətlərdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə ona 43 il 3 ay 10 gün həbs cəzası ilə yanaşı, 12 min 480 türk lirəsi (təxminən 487 manat) məbləğində pul cəriməsi də təyin olunub.

Məlumata əsasən, N.S. İğdır– avtomobil yolu üzərində keçirilən qəfil yoxlama zamanı şübhə doğuran vasitəsində aşkar edilərək saxlanılıb.

İstintaq və tədbirləri başa çatdıqdan sonra saxlanılan şəxs tutularaq cəzaçəkmə müəssisəsinə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax