Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Batumidə Azərbaycan və Türkiyə vətəndaşları saxlanıldı

2 dəq
Paylaş:
Batumidə Azərbaycan və Türkiyə vətəndaşları saxlanıldı

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən Batumidə xüsusilə külli miqdarda dövriyyəsinin qarşısının alınması məqsədilə xüsusi keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirliyin yaydığı rəsmi açıqlamada 1993-cü il təvəllüdlü vətəndaşı N.A. və eyni il təvəllüdlü Türkiyə vətəndaşı S.C.-nin saxlanıldığı bildirilir. Həmin şəxslər xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışına kömək etməkdə olunurlar.

Şübhəli şəxslərin üzərində və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı maddi sübut kimi xüsusilə külli miqdarda "heroin" aşkarlanaraq götürülüb. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər narkotik maddələri qablaşdıraraq Batumi şəhərinin müxtəlif ərazilərində satış məqsədilə gizlədiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat zamanı narkotik maddələrin qablaşdırılması üçün istifadə olunan materialları da müsadirə ediblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq bəndi ilə istintaq tədbirləri davam etdirilir. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax