Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BDYPİ: Qoşqularda insan daşımaq qadağandır

3 dəq
Paylaş:
BDYPİ: Qoşqularda insan daşımaq qadağandır

Əkin sahələrində insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması ağır avtoqəzalara zəmin yaradır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin (BDYPİ) Kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlara müraciətində qeyd olunub.

Bildirilib ki, mövsümlə əlaqədar avtomobil yollarında kənd təsərrüfatı texnikalarının sayı artıb. Lakin, bir sıra hallarda bu tip vasitələri ilə yük və sərnişin daşıma qaydalarının pozulması, onların texniki tələblərə cavab verməməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına şərait yaradır.

Texniki- baxımından istifadəyə yararsız, xarici işıq cihazları nasaz, tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış, yaxud dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir.

Ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla qoşqularda daşınması ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə səbəb olur.

"Baş Dövlət Yol Polisi İdarəsi əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırır", - müraciətdə qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax