Operativ Məlumat Mərkəzi

Azərbaycanda minimum əməkhaqqı ilə bağlı yeni qayda

3 dəq
Paylaş:
Azərbaycanda minimum əməkhaqqı ilə bağlı yeni qayda
Azərbaycanda minimum əməkhaqqının məbləğinin yenidən müəyyənləşdirilməsi mexanizmi təkmilləşdirilir. Belə ki, minimum əməkhaqqına ildə ən azı bir dəfə...

Azərbaycanda əməkhaqqının məbləğinin yenidən müəyyənləşdirilməsi mexanizmi təkmilləşdirilir. Belə ki, minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılması qanunvericilik səviyyəsində təsbit olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumatına görə, bununla bağlı Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan layihəyə əsasən, minimum əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təqdim etdiyi təkliflər əsasında, səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən nəzərdən keçiriləcək.

Müzakirələr zamanı bildirilib ki, işçilərin minimum yaşayış səviyyəsinin təmin olunmasında mühüm rol oynayan minimum əməkhaqqı hazırda dünya üzrə əsas sosial siyasət alətlərindən biri hesab olunur. Bu sahə xüsusilə Əmək Təşkilatı da daxil olmaqla bir sıra beynəlxalq qurumların diqqət mərkəzindədir.

Qeyd olunub ki, Qrupunun “Business Ready” hesabatında minimum əməkhaqqının dövri yenilənməsinin qanunvericilikdə məcburi qaydada təsbit edilməməsi ölkələr üçün bal itkisinə səbəb olan meyarlar sırasında yer alıb.

Bu amil nəzərə alınaraq, Baş nazirin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq qanun layihəsi hazırlanıb. Layihə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru çərçivəsində əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının həyata keçirilməsini nəzərdə tutur.

Bildirilib ki, dəyişikliklərin qəbul edilməsi minimum əməkhaqqının müəyyənləşdirilməsində davamlılığı təmin edəcək, mexanizmlərini gücləndirəcək və beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinə mənfi təsir edən səbəbləri aradan qaldıracaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax