Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev: Azərbaycan WUF13-də bərpa təcrübəsini bölüşəcək

2 dəq
Paylaş:
Hikmət Hacıyev: Azərbaycan WUF13-də bərpa təcrübəsini bölüşəcək

Ümumdünya Şəhərsalma Forumunda (WUF13) işğaldan azad edilmiş ərazilərin bərpası və şəhərsalmanın inkişafı üzrə öz təcrübəsini təqdim etmək niyyətindədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Universitetində diplomatik korpus nümayəndələri qarşısında çıxış edərkən bildirib.

Hacıyev xatırladıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında əhəmiyyətli uğurlar qazanıb.

"Biz öz təcrübəmizi bölüşməyə, üzləşdiyimiz çağırışlar haqqında danışmağa, eləcə də yenilikləri öyrənməyə hazırıq", - o qeyd edib.

Prezidentin köməkçisinin sözlərinə görə, Bakı həmçinin şəhər planlaşdırılması məsələlərində tərəfdaşlarla təcrübə mübadiləsində maraqlıdır.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası bu il mayın 17-dən 22-dək Bakıda keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax