Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bu şəxslərə hər ay 100 manat veriləcək

2 dəq
Paylaş:
Bu şəxslərə hər ay 100 manat veriləcək

“Dövlət orqanlarının işğaldan azad ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” qərar verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, qərara əsasən, müəyyən edilib:

- dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək:

- nəzərdə vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödəniləcək;

- nəzərdə tutulan şəxslərlə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün 50 manat məbləğində əlavə vəsait ödəniləcək.

Dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, bu qərarda göstərilən

şəxslərin sayı haqqında hər il iyulun 1-nə olan məlumatın işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və ya müvafiq ərazidə çoxmənzilli binaların idarə edilməsi sahəsində fəaliyyət göstərən qurumlarla razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax