Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DTX-nin ekstradisiya etdiyi şəxsə məhkəmə hökmü oxundu

2 dəq
Paylaş:
DTX-nin ekstradisiya etdiyi şəxsə məhkəmə hökmü oxundu

Bakı şəhəri Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən İmamverdiyev Etibar Oktay oğlunun 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, transmilli şəbəkə vasitəsilə ərazisi üzərində qanunsuz telekommunikasiya xidmətləri təşkil etməsi DTX tərəfindən üzə çıxarılmış, axtarışa verilmiş Etibar İmamverdiyev xarici ölkədə saxlanılıb, uzunsürən hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya edilib.

Müəyyən edilib ki, E.İmamverdiyev əlaqəsində olan digər şəxsləri cəlb edərək xüsusi qurğular vasitəsilə ölkədəki telekommunikasiya şəbəkəsinə gizli qoşulub, mobil operatorların SIM kartlarından istifadə etməklə xaricdən gələn telefon zənglərini internet üzərindən yerli şəbəkəyə dolayı yollarla istiqamətləndirib. Müvafiq üsulla dövlət nəzarətindən kənar davamlı qanunsuz beynəlxalq rabitə xidməti təşkil edib. E.İmamverdiyev dövlət əhəmiyyətli infrastrukturun kompüter sisteminə müdaxilə edib və məlumatları dəyişdirib.

baxışı zamanı məlum olub ki, istintaq materiallarına əsasən dövlət təhlükəsizliyinə təhdid yaradan bu əməllər nəticəsində, həmçinin Azərbaycan və Kommunikasiya Holdinqinin (AZCON) “AzInTelecom” şirkətinə əhəmiyyətli maddi ziyan dəyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax