Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistana göndərilən yanacaq Bakıdan yola düşdü

1 dəq
Paylaş:
Ermənistana göndərilən yanacaq Bakıdan yola düşdü

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Report-a istinadən xəbər verir ki, 25 vaqona yüklənmiş ümumilikdə 1746 ton Aİ 95 markalı benzin “ Dəmir Yolları” QSC-nin (ADY) yük qatarı ilə Ağstafa rayonunda Böyük Kəsik stansiyasına çatdırılacaq. Yük daha sonra ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.

Qeyd edək ki, İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən etibarən qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax