Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət müəssisələrində dividend siyasəti üzrə pilot layihə başladı

2 dəq
Paylaş:
Dövlət müəssisələrində dividend siyasəti üzrə pilot layihə başladı

Azərbaycanda dövlət müəssisələrinin siyasəti ilə bağlı layihənin icrasına başlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dövlət müəssisələrinin dividend siyasəti, borclanma mexanizmləri və fiskal risklərin qiymətləndirilməsi sahəsində təcrübə geniş müqayisəli əsasda araşdırılıb, Beynəlxalq Valyuta Fondunun () "SOE Health Check Tool" və "SOE Stress Test" metodoloji alətlərinin öyrənilməsi və tətbiqi istiqamətində IMF ilə razılıq əldə edilərək, bu çərçivədə pilot layihənin icrasına başlanılıb.

Bundan başqa, ​"Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formalarının təsdiq edilməsi haqqında" Kollegiya Qərarı qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax