Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi gözlənilir. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə əsasən, küləkli hava ilə bağlı müvafiq xəbərdarlıqlar verilib.
Sarı xəbərdarlıq: Bakı və Abşeron yarımadası, Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Ağdam, Gədəbəy, Göygöl, Samux, Zərdab, Sabirabad, Göyçay, İmişli, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan və Zəngilanda şimal-qərb küləyinin sürətinin 13.9–20.7 m/san təşkil edəcəyi proqnozlaşdırılır.
Narıncı xəbərdarlıq: Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy və Daşkəsən rayonlarında isə şimal-qərb küləyi daha da güclənərək 20.8-28.4 m/san sürətlə əsəcək.