Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Magistraturaya qəbul imtahanı keçirilib

2 dəq
Paylaş:
Magistraturaya qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi bu gün müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.

DİM-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, Bakı, Sumqayıt, , Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub.

İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 22780 bakalavr təqdim edib. İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır.

Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahandan sonra DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım edilib və Mərkəzin məsul əməkdaşları, ekspertlər test tapşırıqları ilə bağlı geniş izahat verib, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax