Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bu gün Ermənistana taxıl və gübrə tranziti həyata keçirilir - YENİLƏNİB

2 dəq
Paylaş:
Bu gün Ermənistana taxıl və gübrə tranziti həyata keçirilir - YENİLƏNİB

Bu gün ərazisindən keçməklə Ermənistana taxılı və gübrəsi daşıyan 7 vaqondan yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Stansiyasından yola düşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu ölkəyə 4 vaqondan ibarət çəkisi 279 ton olan taxıl, 3 vaqondan ibarət çəkisi 203 ton olan gübrə göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

***

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu ölkəyə yük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax