Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qazpaylayıcı sistem operatorunun müayinə keçirməsi qaydası təsdiqlənib

2 dəq
Paylaş:
Qazpaylayıcı sistem operatorunun müayinə keçirməsi qaydası təsdiqlənib

(NK) "Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası"nı təsdiq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda "Qaz təchizatı haqqında" qanuna əsasən hazırlanıb, burada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

Müayinə istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir.

Sahibkarlıq subyektlərinə münasibətdə müayinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

"Müayinənin keçirilməsində əsas məqsəd istehlakçıların qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin işçi vəziyyətinin müəyyən edilməsidir. Qərarın qəbulu qaz təsərrüfatlarında səviyyəsinin yüksəldilməsinə, mümkün risklərin qarşısının alınmasına, eləcə də qaz təchizatı sahəsində vahid və sistemli nəzarət mexanizminin formalaşdırılmasına xidmət edir", - deyə NK bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax