Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 20-dən 26-dək olan müddətdə 73 tank əleyhinə mina, 64 piyada əleyhinə mina, 444 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 683,5 hektar ərazi minadan təmizlənib.