Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 30-dan noyabrın 5-dək olan müddətdə 24 tank əleyhinə mina, 32 piyada əleyhinə mina, 649 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 1536,9 hektar ərazi minadan təmizlənib.