Operativ Məlumat Mərkəzi

Azad edilmiş ərazilərdə daha 348 mina aşkarlanıb

1 dəq
Paylaş:
Azad edilmiş ərazilərdə daha 348 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat...

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.08.2023 - 27.08.2023) açıqlanıb.

ANAMA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, 21-27 avqust tarixlərində Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 92 mina və 71 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 528,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər