Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Məktubda aşağıdakı fikirlər yer alıb:
“Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.”
Məktubda Azərbaycan ilə Avstriya arasında mövcud olan ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Həmçinin qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh və təhlükəsizlik perspektivləri reallaşdıqca, gələcək əməkdaşlıq imkanları daha da genişlənəcək.
Avstriya Prezidenti, həmçinin ölkəsinin 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasına üzvlük namizədliyini dəstəklədiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Sonda Aleksander Van der Bellen Prezident İlham Əliyevə və ailəsinə rifah, Azərbaycan xalqına isə dinc və xoşbəxt gələcək arzularını çatdırıb.