Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hesablama Palatası büdcə risklərini açıqladı

2 dəq
Paylaş:
Hesablama Palatası büdcə risklərini açıqladı

2025-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədləşməsində əsas risklər kimi xam neftin qiymətinin dəyişməsi, dövlət və zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunmaması və dəyişiklikləri şərh olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu risklərdən hesabat ilində neftin qiyməti və iqlim dəyişiklikləri aktual olmayıb, dövlət borcu ilə bağlı isə tələbatın əsasən qısamüddətli istiqrazlarda cəmlənməsi ilə bağlı narahatlıq əsasən aradan qaldırılıb. Sadalanan risklərlə yanaşı, Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsinin layihəsinə Rəyində, eləcə də 2025-ci ilin altı ayı üzrə dərc etdiyi yarımillik məlumatda aktual hesab etdiyi əlavə fiskal riskləri, eləcə də diqqətdə saxlanmalı məqamları əks etdirib", - deyə o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax