Türkmənistan, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana xüsusi minnətdarlığını ifadə edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev Bakıda keçirilən TDT-yə üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin ikinci görüşündə çıxışı zamanı deyib.
"Biz Azərbaycan tərəfinə və TDT Katibliyinə bu iclasın yüksək səviyyədə keçirilməsi üçün yaradılmış əla şəraitə, həmçinin göstərilən qonaqpərvərliyə görə səmimi minnətdarlığımızı bildiririk", - deyə N.Ataqulıyev qeyd edib.
Onun sözlərinə görə, bugünkü görüş türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafına yeni impuls verəcək, qarşılıqlı etimadı möhkəmləndirəcək və əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.