Operativ Məlumat Mərkəzi

Aşqabadda MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası keçiriləcək

2 dəq
Paylaş:
Aşqabadda MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası keçiriləcək
bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. “Fevralın 27-də Minskdə keçirilən görüşdə MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli...

Mayın 24-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Fevralın 27-də Minskdə keçirilən görüşdə MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri MDB Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasının gündəliyinin layihəsinə dair təkliflərə baxacaqlar”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub. O vaxt iclasda Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan hökumət başçıları, Azərbaycan, Ermənistan və Türkmənistanın baş nazirlərinin müavinləri, həmçinin Avrasiya İqtisadi İttifaqının strukturlarının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər