Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asəf Hacı oğlu Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. O, ölkənin ictimai həyatında səmərəli fəaliyyəti və elmin inkişafı sahəsindəki xidmətlərinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, mayın 29-da Asəf Hacıyevin 75 illik yubileyi tamam olur. O, fəaliyyəti dövründə Milli Məclisin I, II və III çağırış deputatı kimi çalışıb. Hazırda isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi vəzifəsini icra edir.