İngiltərənin "Arsenal" klubunun mərkəz müdafiəçisi Kristian Moskera yay transfer pəncərəsində komandadan ayrıla bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, gənc oyunçunun gələcək karyerası ilə bağlı mühüm yeniliklər gözlənilir.
Mənbə iddia edir ki, Moskera artıq İspaniyanın "Atletiko" (Madrid) klubu ilə danışıqlar apardığını təsdiqləyib.
Lakin 21 yaşlı ispan müdafiəçinin xidmətində maraqlı olan yeganə komanda onlar deyil. Hazırda oyunçunun vəziyyətini yaxından izləyən digər iddiaçılar bunlardır:
- "Benfika"
- "Napoli"
- “Everton”
London təmsilçisi öz futbolçusu üçün gələn təklifləri dəyərləndirməyə hazırdır. Rəhbərlik bu keçid müqabilində təxminən 50 milyon avro tələb edir. Q
eyd edək ki, Moskera cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 matçda iştirak edib. Onun "Arsenal" ilə qüvvədə olan müqaviləsi 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub.