Ermənistanın baş naziri Nikol Paşinyan yaxınlaşan Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcəyini rəsmən təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, hökumətdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Aİİ daxilindəki məsələlərin tənzimlənməsi prosesi davam edir və bu, təşkilatın normal iş rejimidir.
Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası avqustun 6-7-də Çolpon-Atada baş tutacaq.
Paşinyan vurğulayıb ki, Aİİ institutları fəaliyyətini davam etdirir və rəsmi İrəvan qurum daxilindəki gündəlik məsələlərin həlli ilə məşğuldur.
Son dövrlər Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya istəyi və bunun Aİİ ilə münasibətlərə təsiri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanın öz suveren hüququ çərçivəsində müəyyən kurs seçməsi təbii olsa da, bu proses Aİİ ölkələrinin maraqlarına zərər vurmamalıdır.
Xatırladaq ki, Nikol Paşinyan mayın 11-də verdiyi açıqlamada Ermənistanın Aİİ-nin tamhüquqlu üzvü olaraq qaldığını və qurumdan çıxmaqla bağlı referendumun yalnız "obyektiv zərurət" yarandıqda gündəmə gələ biləcəyini bəyan etmişdi.