Ermənistanın Baş naziri Nikol Paşinyan yeni parlament seçkilərinin keçirilməsi imkanını istisna edib.
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə ölkədə seçki prosesinin saxtalaşdırılması ilə bağlı müxalifətin ittihamlarını şərh edərkən bildirib.
"Əlbəttə, yox. Biz yeni seçkilər keçirməyə hazırlaşmırıq", - Paşinyan qeyd edib.
Xatırladaq ki, iyunun 14-də Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb, həmin nəticələrə əsasən, "Mülki müqavilə" səslərin 49,7456 %-ni (64 mandat), "Güclü Ermənistan" - 23,2710 %-ni (29 mandat), "Ermənistan" bloku isə - 9,9231 %-ni (12 mandat) qazanıb.