Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə anonim profillərin qadağan edilməsini təklif edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Paşinyan parlamentdə hökumətin 2026–2031-ci illər üzrə proqramını təqdim edərkən istifadəçilərin məcburi identifikasiyası mexanizminin yaradılmasını təklif edib.
Baş nazir müxalifət fraksiyalarına bu məsələ ilə bağlı birgə işçi qrupunun yaradılmasını təklif edib. Onun sözlərinə görə, razılıq əldə olunarsa, sosial şəbəkə platformalarından şəxsiyyətini təsdiqləməyən istifadəçilərin hesablarını bağlamaq tələb edilə bilər.
Paşinyan təşəbbüsü saxta profillərlə mübarizə və sosial şəbəkələrdə anonim fəaliyyətin qarşısının alınması ilə əsaslandırıb.