Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nikol Paşinyan Ermənistanda qida keyfiyyətindən narazıdır

2 dəq
Paylaş:
Nikol Paşinyan Ermənistanda qida keyfiyyətindən narazıdır

Ermənistanın məhsullarının istehsalının keyfiyyətindən, eləcə də ölkənin iqtisadi əlaqələrinin şaxələndirilməsi templərindən narazılığını ifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə N.Paşinyan hökumətin iclasında bəyan edib.

"Hökumətin təsərrüfat subyektlərinə geniş imkanlar təqdim etməsinə baxmayaraq, iqtisadi əlaqələrin şaxələndirilməsi baş tutmayıb. Əsasən bir səbəbə görə baş tutmayıb – şaxələndirmə yolu standartların, səmərəliliyin, məhsuldarlığın yüksəldilməsi yolu deməkdir", - o bildirib.

N.Paşinyan qeyd edib ki, Ermənistanda istehsal olunan qida məhsullarının keyfiyyət standartları ilə bağlı məsələləri həll etmək zəruridir:

"Biz qida məhsullarının keyfiyyəti məsələlərini həll etməliyik. mən özüm artıq çoxdandır ki, yetişdirilmiş balıqdan istifadə etmirəm, bu məsələdə problem olduğu mənə aydındır. Bu balıqda qeyri-təbii, anlaşılmaz yağa rast gəlinir. Bəli, biz balıqçılıq sahəsinə, bütün digər sahələrə dəstək göstərməyə hazırıq, sahə inkişaf etməlidir".

O, həmçinin Ermənistanın bir sıra məhsullarının Rusiyaya ixracına qoyulan qadağaya toxunaraq qeyd edib ki, bu "vəziyyəti çoxları böhran hesab edir", lakin o bunu fürsət sayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax