Operativ Məlumat Mərkəzi

Ermənistan Azərbaycanı COP17 sammitinə dəvət edəcəkmi? - Rəsmi açıqlama

2 dəq
Paylaş:
Ermənistan Azərbaycanı COP17 sammitinə dəvət edəcəkmi? - Rəsmi açıqlama

oktyabr ayında ev sahibliyi edəcəyi "COP17" iqlim sammitinə konfransın bütün 196 üzv ölkəsini, o cümlədən Azərbaycanı dəvət etməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın naziri Ambartsum keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, Ermənistan ev sahibi qismində "BMT" ilə birlikdə artıq bütün iştirakçı dövlətlərə bildirişlər göndərib. Yaxın vaxtlarda isə müvafiq qurumlara rəsmi dəvətnamələrin ünvanlanacağı gözlənilir.

"Dəvətləri BMT ilə birgə göndəririk. Bu cür sammitlərin əsas ideyası ətraf mühit məsələləri üzərində birgə işləməkdir, ona görə də burada hər hansı ölkəni istisna etmək olmaz. Biz hamı ilə əməkdaşlığa hazırıq", - deyə Matevosyan vurğulayıb.

Azərbaycanla meşələrin bərpası və digər ekoloji mövzuların müzakirəsinə toxunan nazir qeyd edib ki, bu məsələlər sülh gündəmi çərçivəsində nəzərdən keçirilməlidir.

O bildirib ki, delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra sərhədyanı rayonlarda iqlim və mövzusunda müzakirələr aparıla bilər.

Xatırladaq ki, "COP17" Ermənistanda 18-30 oktyabr tarixlərində keçiriləcək. Konfransın əsas mövzusu 2030-cu ilə qədər qlobal biomüxtəlifliyin qorunması üzrə öhdəliklərin nəzərdən keçirilməsi olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax