Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistanla Xorvatiya bəyannamə imzaladılar

1 dəq
Paylaş:
Ermənistanla Xorvatiya bəyannamə imzaladılar

İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində Strateji Dialoq Bəyannaməsi imzalayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, sənəd Ermənistanın Nikol və Xorvatiyanın baş naziri Andrey arasında keçirilən görüşdən sonra imzalanıb.

Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq qeyd edib ki, bu gün münasibətlərin statusu strateji dialoq səviyyəsinə yüksəldiləcək.

O, ikitərəfli münasibətlərin böyük potensialını qeyd edib və onların bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Andrey Plenkoviç isə öz növbəsində əminliyini bildirib ki, bugünkü görüş ikitərəfli, çoxşaxəli münasibətlərin inkişafına yeni təkan verəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax