Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Argentina BRİCS-ə üzvlükdən imtina edib

1 dəq
Paylaş:
Argentina BRİCS-ə üzvlükdən imtina edib

Argentinanın yeni prezidenti Mileyin hökuməti BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaq niyyətində deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Mileyin xarici siyasət məsələləri üzrə müşaviri və gələcək naziri Diana Mondino deyib.

" BRİCS-ə qoşulmayacaq", - o, “X” sosial şəbəkəsində (keçmiş tviter) yazıb.

Noyabrın 19-da Argentinada seçkilərinin ikinci turu keçirilib. Sağçı “Azadlıq gəlir” koalisiyasından namizəd olan libertar deputat Miley iqtisadiyyat naziri Serxio Massanı məğlub edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax