"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalanıb

"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalanıb
28.08.2024 13:15
Aa
dəq

AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna mütəxəssisin "Neftçi" ilə heç-heçə etdikləri (1:1) Premyer Liqanın IV tur matçında rəqibi təhqir etməsi səbəb olub.

Baxşıyevə üç ay sınaq müddəti təyin edilib. Naxçına təmsilçisi bu hərəkətə görə 4000 manat cərimələnib.

Komandanın inzibatçısı Hüseynxəlil Orucoğlu birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib oyunçuya fiziki təzyiq göstərdiyi üçün 2-si şərti olmaqla 5 matçlıq cəza ilə üzləşib. Klub onun üçün də 4000 manat ödəməli olacaq.

Bundan əlavə, "Araz-Naxçıvan" dörd futbolçusu sarı vərəqə aldığı üçün də 700 manat ziyana düşüb. "Neftçi" də altı üzvü sarı vərəqə gördüyündən eyni məbləği ödəyəcək.

Həftənin ən çox oxunanları

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" klubu futbolçusuna yeni müqavilə təklif edib

DAVAMIN OXU davamın oxu

"Barselona" Yamal ilə müqaviləni uzadacaq

DAVAMIN OXU davamın oxu

"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

DAVAMIN OXU davamın oxu

Mendi "Real"da qalacaq

Mendi
DAVAMIN OXU davamın oxu