Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçrənin Cenevrə şəhərinə işgüzar səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfərin fevralın 27-28-də baş tutacağı vurğulanır. Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasının yüksək səviyyəli iclasında iştirak edəcək.
Ermənistan xarici işlər naziri bir sıra tərəfdaşlarla da görüşəcək.
Qeyd edək ki, BMT İnsan Hüquqları Şurasının fevralın 27-də Cenevrədə açılacaq 52-ci sessiyasında irqi ayrı-seçkilik və uşaqlara qarşı zorakılıqla mübarizə, əlilliyi olan şəxslərin vəziyyəti, qida və inkişaf hüququnun təmin edilməsi ilə bağlı məsələlərə baxılacaq.