Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əraqçi: "Həm müharibəni, həm də diplomatiyanı qazandıq"

2 dəq
Paylaş:
Əraqçi: "Həm müharibəni, həm də diplomatiyanı qazandıq"

İranın naziri Abbas Əraqçi ölkəsinin həm hərbi, həm də müstəvidə ciddi uğurlar əldə etdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, nazir bu barədə Səhiyyə Nazirliyində keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Əraqçinin sözlərinə görə, ABŞ və İsrailin hücumları ilə başlayan münaqişə zamanı İranın göstərdiyi ölkənin “məğlubedilməz güc” olduğunu sübut edib.

Nazir ictimaiyyətin İranın mövqeyinə münasibətinə də toxunub. O bildirib ki, bir sıra ölkələrin rəsmiləri İranın müqavimətini “möcüzə” kimi qiymətləndiriblər.

Əraqçi qeyd edib ki, heç kim İranın ABŞ-yə qarşı bu cür müqavimət göstərəcəyini və nəticədə qarşı tərəfi masasına oturmağa məcbur edəcəyini gözləmirdi.

Nazir Donald Trampın prezidentliyi dövründə ABŞ-nin İrana qarşı mövqeyini də xatırladıb. Onun sözlərinə görə, Vaşinqton əvvəlcə Tehrandan “şərtsiz təslimiyyət” tələb edib, lakin 20 gün sonra danışıqlar üçün müraciət edib.

Əraqçinin fikrincə, İran xalqı öz hüquqlarını diplomatik yollarla qorumağı bacardığını bütün dünyaya nümayiş etdirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax