"Ərəb Dövlətləri Liqası (ƏDL) ümumərəb hərbi qüvvələrinin yaradılması ideyasını araşdırır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri təşkilatın baş katibinin müavini Hüssam Zəki bildirib.
Zəki vurğulayıb ki, Ərəb Liqasında biz bu məsələni araşdırırıq və növbəti iclasda yenidən müzakirəyə çıxarmağa hazırıq.
Təşkilatın baş katibinin müavini qeyd edib ki, İranın Fars körfəzi ölkələrinə davam edən hücumlarından sonra ümumərəb hərbi qüvvələrinin yaradılması ilə bağlı danışıqlar bərpa olunub.
"Hər bir ərəb dövlətinin təcavüzə özünün istədiyi və istədiyi şəkildə cavab vermək üçün qanuni hüququ var və Ərəb Liqası bu hüququ tam dəstəkləyir", - o qeyd edib.