ABŞ-nin texnologiya nəhəngi "Apple" yeni əməliyyat sistemini dəstəkləməyəcək mobil telefonların siyahısını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə "İOS 17" -nin istifadəsindən sonra reallaşacaq.
Belə ki, sözügedən əməliyyat sisteminin istifadəsinin ardında "Apple" "iPhone 8", "iPhone 8 Plus" və "iPhone X" modellərini dəstəkləməyəcək.
Xatırladaq ki, yenilənmənin sentyabrda olacağı planlaşdırılıb.