Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesinə başlanılıb

3 dəq
Paylaş:
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesinə başlanılıb

Mayın 26-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soyqırımı, terrorçuluq və digər ağır cinayətlərdə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsi tərəfindən hökm oxunmuş vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə ilkin baxış iclası keçirilib.

Hakim Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə baş tutan iclasda məhkumların hər biri üçün erməni və rus dillərində tərcüməçilər, habelə vəkillər təmin edilib. Prosesdə zərərçəkmiş şəxslərin nümayəndələri, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, prokurorlar Anar Ələkbərov və Sevinc Qasımova, eləcə də dövlətini təmsil edən Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

İclas zamanı tərkibi və tərcüməçilər təqdim olunub, məhkumların şəxsiyyətləri dəqiqləşdirilərək onlara prosessual hüquq və vəzifələri izah edilib. Tərəflərin məhkəmə tərkibinə və tərcüməçilərə etirazı olmayıb.

Dövlət ittihamçısı Anar Ələkbərov apellyasiya şikayətlərinin qanunvericiliyə uyğun verildiyini bildirərək, işin əlavə sübutlar tələb olunmadan məhkəmə baxışına çıxarılmasının mümkünlüyünü qeyd edib. Müşavirədən sonra məhkəmə cinayət işinin istintaq aparılmadan və əlavə sübutlar tədqiq edilmədən iyunun 2-də məhkəmə baxışına çıxarılması barədə qərar qəbul edib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə:

  • Ömürlük azadlıqdan məhrum edilənlər: Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan.
  • Digər müddətlərə məhkum edilənlər: Arkadi Qukasyan və Bako Sahakyan (20 il), Madat Babayan və Melikset Paşayan (19 il), Qarik Martirosyan (18 il), Davit Allahverdiyan və Levon Balayan (16 il), Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan (15 il).

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax