Türkiyənin Antalya şəhərinin Toptaş məhəlləsində yaşayış məntəqəsinə yaxın meşəlik ərazidə yanğın baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yanğının hələlik müəyyən edilməyən səbəbdən başladığı bildirilib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Meşə Regional Müdirliyinin və Kumluca bələdiyyəsinin yanğınsöndürmə qrupları göndərilib.
Yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə davam etdirilir.