Operativ Məlumat Mərkəzi

AMEA Elm Gününün keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib

2 dəq
Paylaş:
AMEA Elm Gününün keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib, Elm Gününün keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib....

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib, Elm Gününün keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

AMEA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

Akademik İsa Həbibbəyli bildirib ki, bu il AMEA-ya dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” və “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarından irəli gələrək müvafiq tapşırıqlar verilib.

Daha sonra fevralın 29-da AMEA-nın Ümumi Yığıncağının keçirilməsi qərara alınıb.

İclasda 27 mart - Elm Gününə hazırlıq haqqında da müzakirələr aparılıb və İsa Həbibbəyli Elm Gününün yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Eyni zamanda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə kriptoqrafiya sahəsində elmi araşdırmaların əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb, həmçinin AMEA-nın Tarix və Etnologiya və Arxeologiya və Antropologiya institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi qərara alınıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər