Ambulansların gecikməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA: “Məqsəd…”

Ambulansların gecikməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA: “Məqsəd…”
27.08.2024 18:47
Aa
dəq

“Babamın halı birdən pisləşdi. Evdə də təkcə mən idim. Tez 103-ə yığdım. Onlara ünvanı və xəstə haqqında lazımi məlumatları verib, təcili tibbi yardım maşınının göndərilməsini isətdim. Amma 30 dəqiqə keçməsinə baxmayaraq təcili tibbi yardım maşını gəlmək bilmirdi. Babam o qədər pis idi ki, çox qorxurdum. Yenidən zəng etdiyim zaman isə onların çoxdan yola çıxdığını bildirdilər. Gəldikləri zaman isə birinci zəngimin üzərindən düz 2 saat keçmişdi…”

Bu sözləri Bakı sakini Famil Məmmədli saytımızın əməkdaşı ilə həmsöhbət olarkən deyib. Bakı sakini bildirir ki, insanların təcili tibbi yardıma ehtiyacı olarkən, onların bu qədər gec gəlməsi heç də düzgün deyil. İstər sağlamlıq baxımından, istərsə də psixologiya baxımından. Çünki ehtiyacımız olmasa, heç belə bir addım atıb, yardım çağırmarıq.

“Təcili tibbi yardım maşınlarının gecikməsi nəticəsində nə qədər ölüm hallarının şahidi olmuşam. Məsuliyyətsizliyi isə heç zaman özlərində görməyiblər. Dəfələrlə yığıb, xəbərdarlıq etdikdən saatlar sonra mənzilə daxil olan tibb bacıları və həkimlər xəstənin artıq öldüyünü bildirirlər”.

Belə olduqda isə onlara deyiləcək tək cümlə qalır: “Sən gəlməz oldun…”

Bəs indi problem kimdədir və ya problem nədir? İşçilərin məsuliyyətsizliyi, yoxsa təcili tibbi yardım maşınlarının azlıq təşkil etməsi?

Son zamanlar sosial şəbəkələrdə vətəndaşların şikayətlərinə rast gəlirik. Şikayətlər isə ondan ibarətdir ki, təcili tibbi yardım çağıran zaman o çox gec gəlir. Həm qaynar xətt, həm də təcili tibbi yardımın fəaliyyəti ilə bağlı narazılıqlar həddindən artıq çoxdur. Bəs vətəndaşların səsləndirdiyi iddialar doğrudurmu? Təcili tibbi yardım maşınları ünvana niyə gec gedir?  Ümumiyyətlə Bakıda nə qədər təcili tibbi yardım briqadası var? Bu say kifayət edirmi? Gələcəkdə təcili tibbi yardımın sayının artırılması istiqamətində hansı işlərin görülməsi planlaşdırılır?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM" TƏBİB-ə sorğu göndərdi.

TƏBİB-in qurumu kiçilir

TƏBİB isə sorğumuza cavab olaraq bildirdi ki, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə TƏBİB-in tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur.

“Məlum olduğu kimi, TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib. Hazırda restrukturlaşdırma işləri həyata keçirilir. Əvvəllər qeyd olunan müəssisələr üzrə çalışan kadrların yeni Mərkəzin strukturuna uyğun şəkildə yerləşdirilməsi prosesi təmin edilir. Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sistemli şəkildə qurulmasıdır”.

Qeyd olundu ki, mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bütün ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 təcili tibbi yardım avtomobili alınaraq ehtiyaca uyğun olaraq periferiya üzrə paylanılması təmin edilir. Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır.  Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir. Təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində yeni proqram təminatı hazırlanır. Gün ərzində icra olunan çağırışların sayı 2 000-2 500 civarında olur. Onların arasında kifayət qədər sayda əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır. Bu tip çağırışlar təcili tibbi yardıma aidiyyəti olmayan müraciətlər olur. Son zamanlar kifayət sayda nəticəsiz çağırışlar da müşahidə edilir. 

“Belə ki, çağırış üzrə ünvana yollanan briqadalar ünvanda təcili yardıma ehtiyacı olan heç kəslə qarşılaşmır, digər halda isə ya yardımdan imtina olunur, ya da həkiməqədər ölüm halı qeydə alınır. Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, nəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən çox olması ilə müşahidə edilən hallarda gecikmələrin olması qaçılmazdır. Bəzi hallarda protokol üzrə düzgün icra olunan çağırış da vətəndaşlar tərəfindən gecikmə kimi qiymətləndirilə bilir. Qeyd edək ki, çağırışlar təcili və təxirəsalınmaz olmaqla çeşidlənir, çağırışın növünə və qüvvədə olan protokollara uyğun olaraq icra edilir. Bildiririk ki, təcili tibbi yardım xidməti - xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqları ilə təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı) və tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir”.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələri

Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələri
DAVAMIN OXU davamın oxu

Bakıdan rayonlara məsafə nə qədərdir? - SİYAHI

Bakıdan rayonlara məsafə nə qədərdir? - SİYAHI
DAVAMIN OXU davamın oxu

Süni intellekt nədir? Texnologiyanın gələcəyi və onun istifadə sahələri

Süni intellekt nədir? Texnologiyanın gələcəyi və onun istifadə sahələri
DAVAMIN OXU davamın oxu

İmmun sistemi zəif olan insanlara XƏBƏRDARLIQ! - “Ölümcül rotavirus…” - Həkim DANIŞDI

İmmun sistemi zəif olan insanlara XƏBƏRDARLIQ! - “Ölümcül rotavirus…” - Həkim DANIŞDI
DAVAMIN OXU davamın oxu

Masonlar kimdir? - Dünyanın ən sirli təşkilatı, yoxsa istedadlı divar ustaları? - ARAŞDIRMA

Masonlar kimdir? - Dünyanın ən sirli təşkilatı, yoxsa istedadlı divar ustaları? - ARAŞDIRMA
DAVAMIN OXU davamın oxu