Operativ Məlumat Mərkəzi

Almaniya Ukraynaya qoşun yeritməyin qanuni olduğunu açıqlayıb

2 dəq
Paylaş:
Almaniya Ukraynaya qoşun yeritməyin qanuni olduğunu açıqlayıb

NATO ölkələrindən birinin Ukraynaya qoşun yeritməsi onu münaqişənin iştirakçısına çevirəcək, lakin Şimali Atlantikada bu və ya digər ölkənin hərəkətlərinə görə bütün hərbi-siyasi blokun münaqişəyə cəlb olunmasından söhbət getmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Bundestaqının analitikləri bu qənaətə gəliblər.

“Bundestaqın elmi xidmətlərinin qiymətləndirmələrinə görə, NATO ölkəsindən Ukraynaya quru qoşunlarının yerləşdirilməsi bütün digər müttəfiqlərin münaqişədə avtomatik iştirakı demək olmayacaq”, - deyə nəşr qeyd edib.

Bildirilir ki, Bundestaqın ekspertləri belə qənaətə gəliblər: “Əgər NATO üzvü olan dövlət birtərəfli hərəkət edərsə, yəni əvvəllər razılaşdırılmış NATO əməliyyatı çərçivəsində və NATO-nun hərbi komandanlıq strukturlarından kənarda fəaliyyət göstərməzsə, o zaman ittifaq kimi də mövcud olmayacaq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər