FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsində İngiltərənin "Kristal Pelas" klubunun iştirakı ilə keçiriləcək qarşılaşmaya baş hakim təyin olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, AEK (Larnaka, Kipr) – "Kristal Pelas" (İngiltərə) matçını idarə edəcək.
Ona Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma martın 19-da Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək. İngiltərədəki ilk görüşdə hesab açılmayıb.