Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Nağıyev: DTX təhdidlərin qarşısını səmərəli şəkildə alır

2 dəq
Paylaş:
Əli Nağıyev: DTX təhdidlərin qarşısını səmərəli şəkildə alır

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının -pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində 28 Mart - orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə DTX-nin rəisi general- Əli Nağıyev qeyd edib.

“Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur”, - deyə Əli Nağıyev bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax