İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani fevralın 10-da Oman rəsmiləri ilə danışıqlar aparmaq üçün Maskat şəhərinə səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Laricani Oman Sultanlığının yüksək vəzifəli şəxsləri ilə görüşəcək, son regional və beynəlxalq inkişafları, eləcə də müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Xatırladaq ki, fevralın 6-da Amerika və İran diplomatları Omanın vasitəçiliyi ilə Maskatda İranın nüvə məsələsi və İrana qarşı sanksiyaların yumşaldılması ilə bağlı dolayı danışıqlar aparıblar.
Növbəti danışıqların tarixi və yeri hələlik məlum deyil.