Operativ Məlumat Mərkəzi

Aİ Ukrayna ilə bağlı uzunmüddətli strategiyanı müzakirə edəcək

1 dəq
Paylaş:
Aİ Ukrayna ilə bağlı uzunmüddətli strategiyanı müzakirə edəcək
bunu Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano bildirib. “Ukrayna həmişə xarici işlər nazirlərinin...

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri fevralın 3-də Brüsseldə qeyri-rəsmi görüşdə Ukrayna ilə strateji münasibətlərə dair geniş fikir mübadiləsi aparacaqlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano bildirib.

“Ukrayna həmişə xarici işlər nazirlərinin müzakirələrinin gündəmində olan bir mövzudur. Amma bu dəfəki müzakirə strateji baxımdan daha geniş, daha ümumi xarakter daşıyacaq, çünki bütün konkret məsələlər artıq XİN başçılarının rəsmi görüşləri çərçivəsində müzakirə olunur”, - o vurğulayıb.

Bildirilib ki, Ukrayna ilə yanaşı, Aİ-Afrika və Aİ-Türkiyə münasibətləri də görüşün mərkəzi mövzuları kimi müəyyən edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər