Operativ Məlumat Mərkəzi

Agentlik rəsmisi: Son iki ildə imtahanla uşaq bağçalarına 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib

1 dəq
Paylaş:
Agentlik rəsmisi: Son iki ildə imtahanla uşaq bağçalarına 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib
bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ötən ildən...

Son iki ildə mərkəzləşdirilmiş imtahan nəticəsində uşaq bağçalarına 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ötən ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə iki dəfə imtahan keçirilib:

"Bu il məktəbəqədər təsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib. Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib. Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlarıdan 296 nəfəri məhz Agentliyin fəaliyyəti dövründə işə qəbul edilib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər