"Çelsi"nin argentinalı ulduzu Enzo Fernandesin adı uzun müddətdir ki, Madridin "Real" klubu ilə hallanır.
"Operativ Məlumat Mərkəzi-OMM" "Diario AS" nəşrinə istinadən xəbər verir ki, futbolçunun Madriddə yaşamaq istəyi barədə verdiyi açıqlamalar bu şayiələri daha da gücləndirib.
Hətta bu sözlərinə görə London təmsilçisi onu iki oyunluq heyətdən kənarlaşdırmışdı.
Oyunçunun agenti Xavyer Pastore məsələyə aydınlıq gətirib. O vurğulayıb ki, hazırda qeyri-adi heç nə baş vermir və futbolçu tamamilə "Çelsi"də mövsümü yüksək səviyyədə başa vurmağa köklənib.
"Enzonun o vaxtkı fikirləri bəlkə də yerinə düşmürdü, lakin o, şokedici heç nə deməyib, sadəcə Madridi bəyəndiyini bildirib", - deyə agent əlavə edib.
Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçinin London klubu ilə müqaviləsi 2032-ci ilə qədər nəzərdə tutulub.