Operativ Məlumat Mərkəzi

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

1 dəq
Paylaş:
Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər